Kənan ASLANLI
Abstrakt
Hökumətin innovasiya siyasəti ideyaların və ixtiraların istehlakçılar üçün dəyər yaradan məhsul və
ya xidmətə çevrilməsi prosesinə dəsətəkdən ibarətdir. Burada ən mühüm
komponentlər (i) innovativ ideyalara dəstək (maliyyə və texniki) və
müvafiq təhsil sisteminin qurulması; (ii) innovasiyalar qarşısında duran əngəlləri
rəqabət mühiti və hüquqi reformlarla azaltmaq; və (iii) hökumətin birbaşa
maliyyələşdirdiyi və ya apardığı araşdırma və inkşaf fəaliyyətidir (R&D).
Bu araşdırmanın mövzusu "Azərbaycanda innovasiya siyasətinin effektivliyinin
artırılması yolları"-dır. Araşdırma əsasən bu suallar ətrafında aparılır:
(i) innovativ fəaliyyət necə təşviq edilməlidir və hökumətin innovasiya siyasətinin
məqsədləri və alətləri nələr olmalıdır? (ii) Azərbaycan kimi təbii resursdan
asılı ölkədə effektiv innovasiya siyasəti üçün risklər və imkanlar nələrdir?
(iii) Güclü innovasiya siyasəti modelinin elm-təhsil və maliyyələşmə kimi
komponentləri üzrə hansı işlər görülməlidir? Metod olaraq masa araşdırması,
statistik müqayisəli təhlil və ekspert intervyusu metodlarından istifadə
edilib.
Yazının tamı ilə buradan tanış olmaq mümkündür: