27 Mayıs 2020 Çarşamba

İslahatlara mane olan qüvvələr kimlərdir?


“ARB 24” telekanalının Gündəm verilişinin 27 may 2020-ci il tarixli buraxılışının qonağı olan “İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Elçin Rəşidov islahatların ölkə və dövlət üçün əhəmiyyətini izah edib.


18 Mayıs 2020 Pazartesi

Azər Mehtiyev: "Azərbaycanda "kölgə iqtisadiyyatı"nı yaradan məmur biznesidir"

İqtisadiyyatın şəffaflaşdırılması və "kölgə iqtisadiyyatı"nın miqyasının kiçildilməsi bağlı qanunvericilik aktı hazırlanıb. Qanun layihəsinin Milli Məclisə təqdim edilərək müzakirəsinin keçirilməsi nəzərdə tutulub. ARB24-ün efirində yayımlanan İşgüzar səhər verilişinin mayın 18-dakı buraxılışının qonağı olan "İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Azər Mehtiyev "kölgə iqtisadiyyatı", onun miqyasının azaldılması yolları ilə bağlı fikirlərini deyib.
A.Mehtiyev: "Azərbaycanda "kölgə iqtisadiyyatı"nı yaradan məmur biznesidir. Məmur biznesi məsələsi həll olunmasa, geniş mənada "kölgə iqtisadiyyatı"nın leqallaşdırılmasına nail ola bilməyəcəyik".


14 Mayıs 2020 Perşembe

Bağlanan banklar və əmanətlərin qaytarılması problemi

"İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Samir Əliyev mayın 14-də ATV Aktual verilişinin qonağı olub. S.Əliyev bağlanan banklar, əmanətçilərin vəsaitinin qaytarılması haqqında sualları cavablandırıb.




1 Mayıs 2020 Cuma

Dövlət qurumlarının zərərlə işləməsinin səbəbləri

ARB24 telekanalının Gündəm verilişinin qonağı olan "İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Elçin Rəşidov bəzi dövlət qurumlarının zərərlə işləməsinin səbəbləri və bu zərərin aradan qaldırılması yolları haqqında fikirlərini açıqlayıb.