19 Şubat 2020 Çarşamba

Biznes kreditləşməsi niyə zəifdir?

Biznes kreditlərinə olan maraq istehlak kreditlərinə olan maraq qədər niyə böyük deyil? İstehlak kreditləşməsi zamanı problemlərin yaranması nə ilə bağlı olur? “İqtisadi Forum” ekspert qrupunun üzvü Elçin Rəşidov “ARB 24” telekanalının efirində 2020-ci ilin fevralın 18-də yayımlanan “Peşəkar mübahisə” proqramında bu sualları cavablandırıb.
E.Rəşidov söyləyib ki, o, istehlak kreditlərinin birmənalı olaraq zərərli olması fikri ilə razılaşmır. Onun sözlərinə görə burada əsas məsələ istehlak kreditlərinin necə verilməsidir: “İstehlak kreditlərinin bəziləri risk daşıyıcısıdır, bəziləri isə risk daşımır. Bu zaman verilən qərarların keyfiyyətində problem var. İstehlak kreditlərində risk yüksəkdir. Riskin yüksək olmasına faizlərin yüksək olması da təsir edir. Faizlərin yüksək olması istehlak kreditlərinə, onların qaytarılmasına təsir göstərir”.


13 Şubat 2020 Perşembe

Daşınmaz əmlakın icbari sığortası (2-ci veriliş)

2020-ci ilin fevralın 10-da “İqtisadi Forum” verilişinin növbəti buraxılışı olub. Daşınmaz əmlakın icbari sığortası mövzusu yenidən müzakirəyə çıxarılıb.
Tədbirin aparıcısı, “İqtisadi Forum” ekspert qrupunun üzvü Sabit Bağırov olub.
S.Bağırov qeyd edib ki, birinci verilişdə daşınmaz əmlakın icbari sığortası ilə bağlı bir neçə sualı nəzərdən keçiriblər. Maraqla qarşılanması nəzərə alınaraq ikinci verilişdə də bu suallardan bəziləri ətrafında fikir mübadiləsi aparılıb. Maraqla qarşılanan suallardan biri daşınmaz əmlakın icbari sığortasının Konstitusiyaya zidd olub-olmamasıdır.
Verilişdə başqa suallara da cavab axtarılıb.
İştirakçılar: Elçin Rəşidov (iqtisadçı-ekspert), Xalid Kərimli (iqtisadçı-ekspert) və Sabit Bağırov (Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri, aparıcı)). Veriliş ABŞ-ın Beynəlxalq İnkişaf Ağentliyinin (USAID) dəstəyi ilə hazırlanmışdır




6 Şubat 2020 Perşembe

Biznes sektoru lazım olan qədər kredit ala bilmir

“ARB 24” telekanalının efirində 2020-ci ilin fevralın 6-da yayımlanan “Peşəkar mübahisə” proqramında ekspertlərlə bank biznes münasibətləri, biznes sektorunun kreditləşməsində maneələr, girov məsələsi, çətinliklər və onların həll yolları ətrafında fikir mübadiləsi aparılıb. Verilişdə iştirak edən, “İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Samir Əliyev qeyd edib ki, biznes sektoru lazım olan miqdarda kredit ala bilmir. “Banklar kredit vermək üçün sahibkar tapa bilmir, sahibkarlar isə kredit ala bilmək üçün bank tapa bilmir”, - deyən S.Əliyev problemin kökünün dərin olduğunu söyləyib.






4 Şubat 2020 Salı

Biznes sektorunun kredit tələbatı ödənilmir 


2020-ci ilin fevralın 3-də Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda maliyyə-bank sistemininə aid bəzi məsələlərə toxunulub.

AzTV-nin efirində yayımlanan “Əsas məsələ” verilişinin növbəti buraxılışı konfransda maliyyə-bank sistemi ilə bağlı qaldırılan məsələlərə həsr olunub. Verilişdə iştirak edən “İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Samir Əliyev biznes sektoruna kredit qoyuluşunun artırılması, faizlərin aşağı salınması üçün zəruri olan məsələlərə toxunub: “Bizim üçün iki çağırış var. Birinci çağırış odur ki, biznes kreditləri artırılmalı, istehlak kreditləri azaldılmalıdır. İkinci çağırış isə faizlərin azaldılması ilə bağlıdır. Sahibkar maraqlıdır ki, aşağı faizlə kredit ala bilsin. Avropa, ABŞ kimi inkişaf etmiş ölkələrdə sahibkarın 2-3 faizlə kredit almaq imkanı var”.

Mövzu ilə bağlı ətraflı material aşağıdakı linkdə:


2 Şubat 2020 Pazar

Samir Əliyev: "İcbari sığorta mexanizmi Konstitusiya ilə uyğunluq təşkil etmir"

Prezident İlham Əliyev əmlakın sığortalanmasının müasir standartlara uyğunlaşdırılması və əhali arasında maarifləndirmə işlərinin aparılması ilə bağlı tapşırıq verib. Bu məqsədlə Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində müşavirə keçirilib. Müşavirədə sığorta fəaliyyəti, xüsusilə də əmlakın icbari sığortası ilə bağlı təbliğat, təşviqat işlərinin gücləndirilməsi qərara alınıb.
2020-ci ilin fevralın 2-də İTV telekanalının efirində yayımlanan “Diqqət mərkəzi - Yekun” proqrammında əmlak sığortası sahəsində çatışmazlıqlar və bu istiqamətdə görüləcək işlərlə bağlı müzakirələr aparılıb. Verilişdə iştirak edən “İqtisadi Forum” ekspert qrupunun üzvü Samir Əliyev daşınmaz əmlakın icbari sığortasının tətbiqi ilə bağlı öz düşüncələrini bölüşüb. Ekspert hesab edir ki, daşınmaz əmlakın icbari yolla sığortalanması doğru deyil və bu, vətənşdaşların mülkiyyət hüququna ziddir: “İcbari sığorta mexanizmi Konstitusiya ilə uyğunluq təşkil etmir. Konstitusiya hər bir vətəndaşın mülkiyyət hüququnu tanıyır. Mülkiyyət hüququna sahibolma, istifadə etmək və sərəncam vermək hüquqları daxildir. Məsələn, mən ev almaq istəyirəm və bunu edirəm. Deməli, mən buna sahib oluram. Evdə yaşayıram, deməli mən istifadə edirəm. İki hüquq tam qorunur. Üçüncü hüquqi məhduddur. Sərəncam vermək ona görə məhdudlaşır ki, mənim əvəzimdən dövlət onun icbari olması ilə bağlı qərar verir. Dövlət vətəndaşın əvəzinə qərar verməməli, onun əvəzinə kompensasiya ödəməməlidir”


Daşınmaz əmlakın icbari sığortası (1-ci veriliş)



2020-ci ilin fevralın 2-də “İqtisadi Forum” verilişinin növbəti buraxılışı olub. Müzakirəyə çıxarılan mövzu daşınmaz əmlakın icbari sığortası haqqındadır.

Tədbirin aparıcısı, “İqtisadi Forum” ekspert qrupunun üzvü Sabit Bağırov: “Bugünki söhbətimiz tamaşaçılar üçün maraqlı olacaq. Çünki son bir ayda daşınmaz əmlakın icbari sığortası mediada, insanlar arasanda geniş müzakirə olunan məsələdir. Qərara gəldik ki, “İqtisadi Forum” verilişində mütəxəsislərin iştirakı ilə bu məsələnin müzakirəsini təşkil edək”.

İştirakçılar: Rüfət Ağazadə (Atəşgah Sığorta Şirkəti satış şöbəsinin rəhbəri), Rasim Həsənov (iqtisadçı, iqtisad elmləri doktoru, professor), Əliməmməd Nuriyev (Konstitusiya Araşdırmalar Fondunun rəhbəri) və Sabit Bağırov (Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri, aparıcı)). Veriliş ABŞ-ın Beynəlxalq İnkişaf Ağentliyinin (USAID) dəstəyi ilə hazırlanmışdır.

Verilişi aşağıdakı linkdən izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=BeMM9MZCWUs&t=3546s&fbclid=IwAR24ObCsfxEHDKfneq4MAFeLdOWjynqSJGiIcMG3oD1cb0gjMtW0dFGVv7U