Barəmizdə

"İqtisadi Forum" Ekspert Qrupu 2017-ci ildə təsis edilib. Qrupun Tanıtım sənədi təsisçilər haqqında məlumatdan sonra təqdim edilir.

Təsisçilər:

Rasim Həsənov, i.e.d., professor, İqtisad Universiteti
CV: http://edf.az/ts_general/azl/ekspertler/rasim-hesenov.pdf


İnqilab Əhmədov, i.e.d., Xəzər Universitetinin professoru, 


Azər Mehtiyev, i.e.f.d., İqtisad Universitetinin dosenti,


Elçin Rəşidov, Konstitusiya Araşdırmaları Fondunun eksperti
CV: 








İlkin Qarayev, Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzinin rəhbəri,
CV: 
Kənan Aslanlı, Ankara Yıldırım Beyazıt Universitetinin doktorantı,







Rövşən Ağayev, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi sədrinin müavini,



Samir Əliyev, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti,





Sabit Bağırov, t.e.f.d., Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri







EXPERT QRUPUNUN TANITIM SƏNƏDİ


İqtisadi Forum”
Ekspert Qrupu


Azərbaycan iqtisadiyyatı inkişafının mühüm keyfiyyət mərhələsini  yaşamaqdadır. 2005-2014-cü illər dövründə böyük neft gəlirləri qısa zaman ərzində ölkəmizin yüksək iqtisadi artım göstəricilərinə nail olmasına, iqtisadiyyatın dirçəlməsinə və fərqli kəmiyyət və keyfiyyət səviyyəsinə keçməsinə imkan verdi. Bu dövrdə  ölkədəki iqtisadi fəallıq başlıca olaraq neft-qaz gəlirlərinə əsaslandığından, iqtisadiyyatın digər sahələrinin potensialından səmərəli istifadə məsələsi sanki arxa planda qalmışdı.
2014-cü ildən etibarən dünya bazarındakı konyunktur dəyişikliklər ölkəmizin neft gəlirlərinin kəskin azalmasına səbəb olub. Bu isə indiki mərhələdə iqtisadi artımın daha dayanıqlı mənbələrinin formalaşdırılmasını zəruri edir. Neft-qaz amili üzərində qurulmuş iqtisadiyyatı qeyri-neft sahələrinin inkişafına əsaslanan, davamlı inkişafa köklənən çevik və şaxələnmiş model üzərinə keçirmək indiki mərhələdə ölkənin qarşısında duran mühüm vəzifədir. Bu çağırış hökumətin 2012-ci ildə qəbul etdiyi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da təsbit olunmuşdu. 2015-2016-cı illərdə neft gəlirlərinin kəskin azalması bu vəzifəni hökumətin əsas prioritetinə çevirdi. Biznes və investisiya mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunun ixracının təşviqi istiqamətlərində hökumətin ötən müddətdə qəbul etdiyi qərarlar və atdığı addımlar bu məsələyə diqqətin yüksəlməsinə dəlalət edir.
Resurs gəlirləri asılılığından qurtularaq şaxələnmiş iqtisadiyyat qurmağa nail olmuş ölkələrin təcrübəsi sübut edir ki, dayanıqlı iqtisadi inkişaf modelinin qurulması üçün yalnız qeyri-neft sahələrinin inkişafına fokuslanmaq kifayət deyil. Eyni zamanda iqtisadi idarəetmədə, cəmiyyətin təfəkkürü və davranışında ciddi dəyişikliklərin aparılması, haqlı rəqabət prinsipinin təmin edilməsi zəruridir.
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri müəyyən mənada həmin yanaşmanı nümayiş etdirir. Bu strategiyanın gerçəkləşməsinə hökumətlə yanaşı, cəmiyyətin müxtəlif institutlarınn dəstəyi və töhfəsi xüsusi önəm daşıyır. Bir qayda olaraq belə töhfə hökumət və müstəqil beyin mərkəzləri arasında davamlı və məhsuldar əməkdaşlığın qurulması şəraitində mümkündür. Strateji yol xəritələrinin hazırlanması mərhələsində müxtəlif maraq qruplarının iştirakçılığının təmin edilməsi və prosesə müstəqil ekspertlərin cəlb edilməsi belə əməkdaşlığın real töhfəsini göstərən təqdirəlayiq  təcrübədir. Digər uğurlu nümunə Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində hökumət-vətəndaş cəmiyyəti əməkdaşlığıdır. Bu prosesdə vətəndaş cəmiyyəti tərəf olaraq özünün layiqli töhfəsini vermiş və böyük təcrübə qazanmışdır.
Biz, yuxarıda qeyd olunan proseslərdə iştirak etmiş iqtisadçı-ekspertlər olaraq, malik olduğumuz bilik və bacarqlarımızdan, habelə  təcrübəmizdən yararlanaraq ölkədə həyata keçirilən islahatlara töhfə vermək üçün səylərimizi birləşdirməyə qərar verdik.

Məramımız
Araşdırma və dialoq yolu ilə milli iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək.

Gələcəyə baxışımız
Maraqlı tərəflərin (dövlət qurumları, biznes dairələri və ictimaiyyət) etimadını qazanmış yüksək peşəkarlığa malik tədqiqat-müzakirə-məsləhət platformasına çevrilmək.

Dəyərlərimiz
·        Azad iqtisadiyyat
·        Maraqlı tərəflərin etimadı
·        Keyfiyyət brendi
·        Peşəkarlıq
·        Tolerantlıq

Təməl prinsiplərimiz
  • İctimai faydalılıq
  • Obyektivlik
  • Etiklik
  • Şəffaflıq
  • Mötəbərlik
  • Dialoqa açıqlıq

Fəaliyyət istiqamətlərimiz
  • Dövlət proqramları və inkişaf strategiyaları,  o cümlədən, "Azərbaycan -2020: Gələcəyə baxış"  konsepsiyası və Strateji yol xəritələrinin icrasına dair  monitorinq metodologiyasının hazırlanması, monitorinq və araşdırmaların aparılması, reallaşdırma təkliflərinin hazırlanması;
  • Neft-qaz sənayesi dəyər zəncirinin bütövlükdə və ayrı-ayrı həlqələri kəsimində qiymətləndirilməsi;
  • Mədən Hasilatı Şəffaflğının artırılması prosesinin tətbiqinin dəstəklənməsi;
  • Büdcə prosesinin təhlili, fiskal və monetar siyasətin çevikliyinə, səmərəliliyinə, hesabatlılığına və şəffaflılığına yönəlik araşdırmaların aparılması;
  • İqtisadi şaxələndirmə istiqamətində  fəaliyyətlərə metodiki və praktiki dəstəyin verilməsi (təhlillər və qabaqcıl təcrübələrin təşviqi);
  • Dövlət aktivlərinin (maddi və qeyri-maddi)  idarəedilməsinin səmərəliliyinin artırılmasının dəstəklənməsi;
  • Biznes mühitinin və sahibkarlığın inkişafı, təkmil rəqabət mühütinin formalaşdırılması  sahəsində fəaliyyətlərin dəstəklənməsi;
  • İqtisadiyyatın dövlətsizləşdirilməsinin başa çatdırılması və innovasiyaların təşviqi;
  • İqtisadi inkişaf proqramları, strategiyaları (geoiqtisadi, milli və sahəvi) və proqnozlarının  hazırlanması;
  • Milli iqtisadi qanunvericiliyin müasir inkişaf mərhələsinin çağırışlarına adekvat təkmilləşdirilməsi üzrə tövsiyələrin,   müvafiq qanunvericilik aktları layihələrinin hazırlanması.

Fəaliyyət üsullarımız
  • Təlim, tədqiqat və araşdırmalar, tövsiyələrin hazırlanması;
  • Ekspert müzakirələrinin keçirilməsi;
  • İctimai müzakirələrin təşkili;
  • Uğurlu beynəlxalq təcrübələrin tədbiqi;
  • Maarifləndirmə;
  • Tədris proqramlarının və təkmilləşdirmə kurslarının həyata keçirilməsi;
  • Gənclərin müasir iqtisadiyyata maraqlarının artırılması;
  • Media ilə işin qurulması (xüsusilə, “İqtisadi forum” verilişində müzakirələrin təşkili, mətbuatda çıxışlar və s..



1 yorum:

  1. Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
    whatsapp nömrəsi + 1- (989-394-3740)

    YanıtlaSil