2 Şubat 2020 Pazar

Samir Əliyev: "İcbari sığorta mexanizmi Konstitusiya ilə uyğunluq təşkil etmir"

Prezident İlham Əliyev əmlakın sığortalanmasının müasir standartlara uyğunlaşdırılması və əhali arasında maarifləndirmə işlərinin aparılması ilə bağlı tapşırıq verib. Bu məqsədlə Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində müşavirə keçirilib. Müşavirədə sığorta fəaliyyəti, xüsusilə də əmlakın icbari sığortası ilə bağlı təbliğat, təşviqat işlərinin gücləndirilməsi qərara alınıb.
2020-ci ilin fevralın 2-də İTV telekanalının efirində yayımlanan “Diqqət mərkəzi - Yekun” proqrammında əmlak sığortası sahəsində çatışmazlıqlar və bu istiqamətdə görüləcək işlərlə bağlı müzakirələr aparılıb. Verilişdə iştirak edən “İqtisadi Forum” ekspert qrupunun üzvü Samir Əliyev daşınmaz əmlakın icbari sığortasının tətbiqi ilə bağlı öz düşüncələrini bölüşüb. Ekspert hesab edir ki, daşınmaz əmlakın icbari yolla sığortalanması doğru deyil və bu, vətənşdaşların mülkiyyət hüququna ziddir: “İcbari sığorta mexanizmi Konstitusiya ilə uyğunluq təşkil etmir. Konstitusiya hər bir vətəndaşın mülkiyyət hüququnu tanıyır. Mülkiyyət hüququna sahibolma, istifadə etmək və sərəncam vermək hüquqları daxildir. Məsələn, mən ev almaq istəyirəm və bunu edirəm. Deməli, mən buna sahib oluram. Evdə yaşayıram, deməli mən istifadə edirəm. İki hüquq tam qorunur. Üçüncü hüquqi məhduddur. Sərəncam vermək ona görə məhdudlaşır ki, mənim əvəzimdən dövlət onun icbari olması ilə bağlı qərar verir. Dövlət vətəndaşın əvəzinə qərar verməməli, onun əvəzinə kompensasiya ödəməməlidir”


Hiç yorum yok:

Yorum Gönder