3 Nisan 2020 Cuma

Sahibkarlara dövlət dəstəyi barədə iqtisadçı Elçin Rəşidov fikirlərini bölüşüb

“İqtisadi Forum” ekspert qrupunun üzvü Elçin Rəşidov hesab edir ki, karantinlə əlaqədar biznesə verilən dəstək müəyyənləşdirilən zaman hüquqşünas və mühasib mövqeyi nəzərə alınıb. Onun fikrincə, bu dəstəkdə iqtisadçı mövqeyi əks olunmayıb: “”Evdəqal” çağırışı biznesə ciddi təsir edir. Fikrimcə, hamını evdə qalmağa çağırmaq düzgün deyil. Bu mesaj biznesə pis təsir edir. Nəzərə almaq lazımdır ki, virusun yayılması uzun müddət davam edəcək. Ona görə də biznesi dayandırmaqdansa, müəyyən davranış qaydalarını müəyyən etməklə biznesin fəaliyyətinə icazə verilməlidir”.


Hiç yorum yok:

Yorum Gönder