2 Şubat 2020 Pazar

Daşınmaz əmlakın icbari sığortası (1-ci veriliş)



2020-ci ilin fevralın 2-də “İqtisadi Forum” verilişinin növbəti buraxılışı olub. Müzakirəyə çıxarılan mövzu daşınmaz əmlakın icbari sığortası haqqındadır.

Tədbirin aparıcısı, “İqtisadi Forum” ekspert qrupunun üzvü Sabit Bağırov: “Bugünki söhbətimiz tamaşaçılar üçün maraqlı olacaq. Çünki son bir ayda daşınmaz əmlakın icbari sığortası mediada, insanlar arasanda geniş müzakirə olunan məsələdir. Qərara gəldik ki, “İqtisadi Forum” verilişində mütəxəsislərin iştirakı ilə bu məsələnin müzakirəsini təşkil edək”.

İştirakçılar: Rüfət Ağazadə (Atəşgah Sığorta Şirkəti satış şöbəsinin rəhbəri), Rasim Həsənov (iqtisadçı, iqtisad elmləri doktoru, professor), Əliməmməd Nuriyev (Konstitusiya Araşdırmalar Fondunun rəhbəri) və Sabit Bağırov (Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri, aparıcı)). Veriliş ABŞ-ın Beynəlxalq İnkişaf Ağentliyinin (USAID) dəstəyi ilə hazırlanmışdır.

Verilişi aşağıdakı linkdən izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=BeMM9MZCWUs&t=3546s&fbclid=IwAR24ObCsfxEHDKfneq4MAFeLdOWjynqSJGiIcMG3oD1cb0gjMtW0dFGVv7U

18 Ocak 2020 Cumartesi

İstehlak kreditlərinin həcmi ildən-ilə artır


Azərbaycan sahibkarlarını narahat edən əsas məsələlərdən biri də biznes kreditləşməsinin vəziyyətidir. Biznes kreditləşməsinin stimullaşdırılmasına baxmayaraq 2019-cu ildə istehlak kreditlərinin cəmi kredit qoyuluşundakı payı artmaqda davam edib. Mərkəzi Bankda (AMB) maliyyə sektoru və iş adamları arasında keçirilən görüşdə sahibklarların AMB sədri Elman Rüstəmova ünvanladığı şirkayət və iradlar bunu deməyə əsas verir.
2020-ci ilin yanvarın 18-də “ARD 24”-ün efirində yayımlanan “Peşəkar mübahisə” verilişində biznes kreditləşməsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Verilişdə ekspert qismində “İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Samir Əliyev iştirak edib.
Niyə, ölkədə biznes kreditlərinin verilməsinə maraq zəifdir? Niyə istehlak kreditlərinin həcmi ildən-ilə artır?
Suallara ətraflı cavabı aşağıdakı linkdə izləmək olar:



13 Ocak 2020 Pazartesi

Samir Əliyev: "Kredit vermək üçün cəlb edilən vəsaitlərin faizləri yüksəkdir"



İnsanlar kredit faizlərinin yüksək olmasında bankları günahlandırır. Amma kredit verənlərin də başqa səbəbləri var.

2020-ci ilin yanvarın 13-də İctimai Televiziyanın efirində yayımlanan “Sabaha saxlamayaq” verilişində ölkəmizdə bank faizlərinin yüksək olmasının səbəbləri ətrafında müzakirələr aparılıb. Verilişdə ekspert qismində “İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Samir Əliyev də iştirak edib.
Samir Əliyev: “Doğrudan da kredit faizləri yüksəkdir. Faizlərin yüksək olmasını bank rəsmiləri də etiraf edir. Kredit faizlərinin yüksək olmasının səbəbləri müxtəlifdir. İlkin səbəb kredit vermək üçün cəlb edilən vəsaitlərin faizlərinin yüksək olmasıdır...”.
Ekspertlərin kredit faizləri ilə bağlı daha geniş fikirlərini aşağıdakı linkdən izləmək olar:

30 Eylül 2018 Pazar

"Ödədiyini açıqla" Beynəlxalq təşkilatın Bakıda Avrasiya Regional Konfransı keçirilib

26-27 sentyabrda Bakıda "Ödədiyini açıqla" Beynəlxalq təşkilatın Bakıda Avrasiya Regional Konfransı keçirilib. Konfransda 21 xarici (Qazaxstan, Monqoliya, Albaniya, Rusiya, Tacikistan, Qırğızstan, Britaniya, Fransa, ABŞ, İsveç) və 21 yerli ekspert iştirak etmişdir. Konfransın gündəliyi ilə buradan tanış ola bilərsiniz:
https://drive.google.com/drive/folders/1bO-jUKMmn6Kr_Fu1_fsK2AXarA1EF3nM?usp=sharing

Konfransdan şəkillərə burada baxa bilərsiniz:
https://photos.app.goo.gl/BJDwVbRCDza3nXta8 

Konfransın təşkilatçıları: PWYP, NRGI və Biznesin Tədrisi və Məsləhətlər MMC 

5 Eylül 2018 Çarşamba

Samir Əliyev: “Türkiyədə 2018-ci ilin ilk 6 ayında cari hesablar balansında mənfi saldo $21 milyarddan $31 milyarda qədər artıb.”



  
27.08.2018
www.1905.az portalının suallarını iqtisadçı Samir Əliyev cavablandırdı.


– Türkiyə Cümhuriyyətinin iqtisadi durumunu necə səciyyələndirərdiniz və Qurban bayramından sonra üçün proqnozlarınız nədən ibarətdir?


– Əlbəttə ki, Türkiyə bizim qonşu ölkədir. Yəni bizi təkcə milli bağlar bağlamır, biz həm də əsas xarici ticarət tərəfdaşıyıq. Xarici ticarətin statistikasına baxsaq görərik ki, Rusiya, Türkiyə bizim əsas ticarət tərəfdaşlarımızdır. İdxalda Rusiya və Türkiyənin payı eynidir. Bunlar bizim ən böyük idxalçı ölkələrdir. Ona görə Türkiyədə baş verən istənilən iqtisadi və siyasi proses bizim ölkəyə hansısa formada təsir etməlidir. Yəqin ki, iqtisadi proseslər daha çox təsir edir, nəinki siyasi proseslər. İlk dövrdə Ərdoğanın gəlişi ilə hakimiyyət arasındakı koordinasiyanın bərpa olunması prosesi baş verdi. Özünüz də bilirsiniz ki, orada hakimiyyət tez-tez dəyişirdi, koalision hökumətlər qurulurdu, dağılırdı. Amma, Ərdoğanın hakimiyyətə gəlməyi ilə təkhakimiyyətlilik yarandı və təbii ki, bunun iqtisadi səmərəsi də oldu.


– Yəni Siz 16 il əvvəl AKP-nin (Adalet ve Kalkınma Partisi – red.) hakimiyyətə gəlməyini nəzərdə tutursunuz.


23 Ağustos 2018 Perşembe

Sabit Bağırov: BENEFİSİARLARIN AÇIQLANMASI NƏYƏ GÖRƏ VACİBDİR?


2017-ci ildə Azərbaycan MHŞT-ni tərk etməsinə baxmayaraq MHŞT prinsiplərinə sadiq qaldığını bildirdi. Bu Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2017-ci il tarixli Fərmanında[1] əks etdirilir. Sənədin 1-ci bəndində belə bir qərar qeyd edilir:

“Azərbaycan Respublikasında hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqi aşağıda göstərilmiş beynəlxalq prinsiplər əsasında davam etdirilsin”

Fərmana əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmışdır və Hasilat Sənayesində illik hesabtların hazırlanması və dərc edilməsi davam etdirilir. 2016-cı il üzrə Hesabat, demək olar ki, MHŞT Standartının tələblərinə uyğun hazırlanmışdır[2].

2016-cı il MHŞT Standartında tələblərlə yanaşı tövsiyələr də əks etdirilir. Bunlardan biri benefisiar sahibliyin açıqlanmasına aiddir. Benefisiar sahiblik nə deməkdir?

Azərbaycan Qanunvericiliyində bu gün bu məvhumun açılışı verilmir. Bununla belə, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqındaAzərbaycan Respublikası Qanununun[3] “Əsas anlayışlar” Maddəsində Benefisiar Mülkiyyətçi anlayışı verilir:
1.0.12. benefisiar mülkiyyətçi - pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, o cümlədən xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən və (və ya) adından maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirildiyi fiziki şəxs və ya hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxsdir;

26 Temmuz 2018 Perşembe

Azər Mehtiyev



Rusiya Ali İqtisadiyyat Məktəbi elmi tədqiqat və ixtiralara ən çox vəsait ayıran ölkələrin siyahısını açıqlayıb. 2016-cı ilin göstəricilərini əhatə edən reytinq cədvəlini Statistik Tədqiqatlar və İqtisadi Biliklər İnstitutu hazırlayıb. Siyahıya ABŞ başçılıq edir. Bu ölkə 2016-cı ildə elmi tədqiqat və kəşflərə ümumilikdə 511,1 milyard dollar xərcləyib. Reytinq cədvəlinin ikinci pilləsində 451,2 milyard dollarla Çin, üçüncü pilləsində 168,6 milyard dollarla Yaponiya qərarlaşır. 

Elmi tədqiqat və kəşflərə çəkilən xərclərin həcminə görə ilk onluqda sonrakı sıralama belədir:

Almaniya – 118,5 milyard dollar
Cənubi Koreya – 79,4 milyard dollar
Fransa – 62,2 milyard dollar
Hindistan – 50,1 milyard dollar
Böyük Britaniya – 47,2 milyard dollar
Braziliya – 41,1 milyard dollar
Rusiya – 39,9 milyard dollar.

Azərbaycan həmin siyahıda yer almasa da bildirək ki, 2018-ci il üçün ölkədə elmə ayrılan vəsait 128.1 mln. manat təşkil edir. 

Bəs, görəsən, həmin vəsait elmin inkişafı üçün yetərlidirmi? 

Mövzu ilə əlaqədar Toplum TV olaraq iqtisadçı- ekspert Azər Mehtiyevdən müsahibə aldıq. 

-  Azər bəy, 2018-ci il üçün ölkədə elmə ayrılan vəsait 128.1 mln. manat təşkil edir. Sizcə, bu vəsait hara gedir?