30 Ekim 2020 Cuma

"Benefisiarların açıqlanması: Qlobal çağırışlar və Azərbaycan keysi” mövzusunda ZOOM formatında konfrans keçirilib



Oktyabrın 30-da Regional Əməkdaşlıq üzrə Qara Dəniz Trastı (BST) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) və Avrasiya Bilik Mərkəzinin (ABM) təşkilatçılığı ilə “Benefisiarların açıqlanması: Qlobal çağırışlar və Azərbaycan keysi” mövzusunda ZOOM formatında regional konfrans keçirilib. Konfransda 5 ölkədən (Monqolustan, Ukrayna, Qırğızıstan, Sinqapur və Gürcüstan), Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatından, dövlət qurumlarından (Dövlət Statistika Komitəsi və Hesablama Palatası) nümayəndələr iştirak edirdi. Konfransa həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 2 professor, QHT təmsilçiləri, 4 jurnalist qatılmışdı. Ümumilikdə, ZOOM konfransın 38 nəfər iştirakçısı var idi.

Konfransın həsr olunduğu layihə ilə bağlı məlumat verən SBİİYF sədri Sabit Bağırov qeyd etdi ki, layihə ilin əvvəlindən həyata keçirilir. S.Bağırov məlumat verdi ki, layihə çərçivəsində maraqlı tədqiqatlar aparılıb, jurnalistlər üçün təlimlər keçirilib, benefisiarlarin açıqlanması mövzusunda jurnalistlərin 20-dən artıq araşdırma xarakterli yazısı dərc edilib. 


ABM-nin direktoru İnqilab Əhmədovun moderatorluğu ilə baş tutan konfransda bir neçə məruzə dinlənildi, 3 ölkənin (Ukrayna, Monqolustan və Qırğızıstan) təcrübəsi ilə tanışlıq oldu. Tədbir zamanı Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının baş regional koordinatoru Alan Vunun, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyevin, Monqolustan NRGI direktoru Dorjdari Namxanijantsanın, Açıq Hökumət Milli Platformunun əlaqələndiricisinin müavini Zaur İbrahimlinin, International Renaissance Foundation təşkilatının proqram meneceri Dina Narezhnevanın, Qırğızıstanın KEITI Katibliyinin başçısı Altınay Sidikovanın məruzələri dinlənildi. 










Hiç yorum yok:

Yorum Gönder